sehiyye.info

Bərdə sakini Hacıqabulda faciəvi şəkildə öldü: üstündən yük maşını keçdi

Bərdə sakini Hacıqabulda faciəvi şəkildə öldü: üstündən yük maşını keçdi
Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün gecə saatlarında rayonun Muğan qəsəbəsi ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən Bərdə sakini, 1953-cü il təvəllüdlü Qocamanov Zöhrab Böyükkişi oğlunu ağır tonnajlı yük maşını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.



REKLAM