Bakıda 45 gün əvvəl maşınla vurulan qadın xəstəxanada ölüb
Bakıda avtomobillə vurulan qadın xəstəxanada ölüb.
Ötən il noyabrın 20-də paytaxtın Nizami rayon sakini, 1969-cu il təvəllüdlü Məmmədova Ruqiyyə İmran qızı yolu keçmək istədiyi zaman minik avtomobili onu vurub.
APA-nın əldə etdiyi məlumata görə, o vaxtdan daxili orqanların zədələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən qadın bu gün orada ölüb.
Faktla bağlı araşdırma aparılır.