sehiyye.info

Belarusun səhiyyə naziri Bakıya təşəkkür etdi

Belarusun səhiyyə naziri Bakıya təşəkkür etdi
Azərbaycanın sayəsində Qoşulmama Hərəkatı güclü bir səs qazandı və qlobal sağlamlıq gündəminə böyük töhfə verir.

Sehiyye.info Trend-ə istinadən bildirir ki, bu barədə Belarusun Səhiyyə naziri Dmitri Pineviç bildirib.

D.Pineviç nazirlərin ənənəvi görüşünü çağırdığına görə Azərbaycana (Qoşulmama Hərəkatının sədri) minnətdarlığını bildirdi. O, həm ÜST-də, həm də BMT-də Azərbaycan səhiyyə nazirinin ictimai səhiyyə məsələlərinə daim diqqət göstərdiyini qeyd edib.



REKLAM