sehiyye.info

Səhiyyə naziri Pakistanın Bakıdakı səfirini qəbul edib.

Səhiyyə naziri Pakistanın Bakıdakı səfirini qəbul edib.
Görüşdə bütün sahələrdə olduğu kimi səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğu qeyd edilib. Səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin yeni perspektivləri müzakirə edilib.



Sehiyye.info Səhiyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki.Pakistanın əczaçılıq şirkətlərinin Azərbaycanda təmsil olunması məsələsi eləcə də yüksək keyfiyyətli tibbi avadanlıqlar sənayesinin Azərbaycanda istifadəsinin müstəsna əhəmiyyət kəsb etdiyi Səfir və Nazir tərəfindən vurğulanıb.



Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə, nazirliklər arasında tibb elmi sahəsində və qlobal pandemiyaya qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, və digər Beynəlxalq Təşkilatlar çərçivəsində birbaşa əlaqələrin önəmi qeyd edilib.



REKLAM