sehiyye.info

ABŞ-da koronavirus peyvəndi vurduran yeniyetmələrdə ürək problemi yaranır

ABŞ-da koronavirus peyvəndi vurduran yeniyetmələrdə ürək problemi yaranır
ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzləri (CDC) koronavirus əleyhinə peyvənd olunduqdan sonra gənclərdə və yeniyetmələrdə ürək əzələsi iltihabı - miokardit hallarını araşdırır.

Bu barədə “The New York Times” məlumat yayır.

Xəstələrə ikinci doza “Moderna” və “Pfizer/BioNTech” peyvəndləri vurulduqdan təxminən dörd gün sonra xəstəliklə əlaqəli bir neçə məlumat qeydə alınıb.

Bununla əlaqədar olaraq, agentlik həkimləri yeni peyvənd olunmuş gənclərdə qeyri-adi ürək simptomlarına qarşı diqqətli olmağa çağırıb.

Bununla yanaşı, mütəxəssislər bu potensial nadir yan təsirin “COVID-19-un potensial riskləri ilə müqayisədə zəif olduğunu” qeyd ediblər.



REKLAM