Türkiyədə koronavirusdan ölənlərin sayı artdı
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 297 nəfər ölüb.
Sehiyye.info xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 61 400 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 54 894 nəfər sağalıb, ağır xəstə sayı isə 3 080 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 4 086 957 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 3 535 040 nəfər sağalıb, 35 031 nəfər isə ölüb.