sehiyye.info

Türkiyədə son sutkada koronavirusdan 74 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 74 nəfər ölüb
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) daha 74 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 115 979 şübhəli koronavirus testindən keçib, onlardan 2165-nin cavabı pozitiv çıxıb, 1493 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1648 nəfər olub.



Türkiyədə ümumilikdə 357 693 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 9658 nəfər ölüb.

F.Qoca xəbərdarlıq edərək bildirib ki, Türkiyə COVID-19-un riskli bir yüksəlişilə qarşı-qarşıyadır: “Pandemiya Anadoluda ikinci zirvəsindədir. Bu xəstəliklə mübarizə ağır xəstələrin müalicəsindən çox, xəstəliyin yayılmasının qaqarşısını almaqdan keçir”.



REKLAM