sehiyye.info

Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən karantin rejiminə uyğun fəaliyyət göstərəcək

Balakən Rayon Mərkəzi Xəstəxanası yenidən karantin rejiminə uyğun fəaliyyət göstərəcək
Ölkə ərazisində və ölkənin şimal-qərb bölgəsində yeni növ koronavirus infeksiyasına yoluxanların sayının artması ilə əlaqədar olaraq Balakən Rayon Mərkəzi Xəstəxanası karantin rejiminə uyğun fəaliyyət göstərəcək.

Sehiyye.info xəbər verir ki, müvafiq tapşırığa əsasən, 12 aprel 2021-ci il tarixdən Balakən Rayon Mərkəzi Xəstəxanası təkrarən COVID-19-a yoluxan şəxsləri qəbul edəcək.

Xəstəxanada fəaliyyət göstərən poliklinika və doğum şöbəsi istisna olmaqla, digər şöbələr Zaqatala Rayon Mərkəzi Xəstəxanasına köçürüləcək. //APA



REKLAM