sehiyye.info

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstə aşkarlanmayıb.

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstə aşkarlanmayıb.
Respublikamızda koronavirus əleyhinə aparılan təxirəsalınmaz tədbirlər nəticəsində Cəlilabad rayon Mərkəzi Xəstəxanası boşaldılaraq,karantin ərazisinə verilib.Bu baxımdan İrandan gələn vətəndaşlarımızı orada müayinə etdikdən sonra evlərinə buraxırlar.Sehiyye.info Real.tv-yə istinadən xəbər verir ki,vəziyyət sosaial şəbəkələrdə deyildiyi kimi deyil.Xəstəxananın baş həkimi İlham Əliyevin sözlərinə görə,bu günə kimi Karantin zonasına daxil olan vətəndaşlarda koronavirus aşkarlanmayıb.Narahatçılığa əsas yoxdur.İran İslam Respublikasında bu xəstəlikdən dünyasını dəyişənlər və onun daşıyıcıları bizim sərhəd keçid məntəqələrində diqqətli olmağa vadar edir.Karantində olanlar öz vətəndaşlarımızla bərabər,müxtəlif ölkələrin vətəndaşlarıdır.Onlar dəqiq müayinə olunaraq,karantin müddətini bitirib evə buraxılırlar.



REKLAM