sehiyye.info

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına media tur təşkil olunub (FOTO,

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına media tur təşkil olunub (FOTO,
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına (RMX) media tur təşkil edilib. Jurnalistlər və media nümayəndələri əvvəlcə RMX-nı gəzərək orada yaradılan şəraitlə tanış olublar.

8 şöbəsi olan 160 çarpayılıq rayon mərkəzi xəstəxanasında 120 həkim, 365 orta tibb işçisi çalışır. Xəstəxananın baş həkimi Sabir Bayramov bildirib ki, rayonda 12 həkim məntəqəsi, 1 qəsəbə xəstəxanası fəaliyyət göstərir.

Qəbələ rayonu turistik ərazi olduğu üçün rayon Mərkəzi xəstəxanasının yeni binasının tikintisi üçün 5 hektara yaxın sahə ayrılıb. 6 mərtəbəli yeni xəstəxana binasının 2020 - ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Mediatur zamanı bölgələrdəki xəstəxanaların 2020 - ci ildən etibarən problemsiz icbari tibbi sığorta sisteminə keçidi üçün geniş imkanların yaradılacağı barədə məlumat verilib.

Xəstəxana ilə yanaşı Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzi də fəaliyyət göstərir. Mərkəzin baş həkimi Ceyhun Əhmədov 2008-ci ildə istifadəyə verilən mərkəz barədə məlumat verib.

Mərkəzdə 4 cərrahi əməliyyat bloku mövcuddur. Onlardan biri yalnız hepatitli xəstələr üçün ayrılıb, biri lor xəstəlikləri üçün digər ikisi isə ümumi cərrahi prosedurların gerçəkləşdirilməsi üçün nəzərdə tutulub.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

REKLAM