sehiyye.info

"Maska taxın" deyən həkimləri söyürlər, "taxmayın" deyənləri də - Vaqif Qarayev

"Maska taxın" deyən həkimləri söyürlər, "taxmayın" deyənləri də - Vaqif Qarayev
Pediatr Vaqif Qarayev açıq havada tibbi maskalardan istifadə etməməklə bağlı fikirlərini açıqlayıb. Sosial şəbəkə üzərindən ediyi paylaşımda həkim bu məsələdə mental dəyərlərimizin bizi məyus duruma düşürəcəyinə diqqət çəkib: “Qırğındır. Maska qırğını... "Maska taxın" deyən həkimləri söyürlər, "taxmayın" deyənləri də… “Fatı məsələsi”… “Taxmayaq” deyənlər qorunmaq üçün heç bir alternativ səsləndirmir. Mən də düşünürəm ki, açıq havada insanların seyrək olduğu məkanlarda maska taxmamaq olar. Amma biz qaynarqanlı millətik. Küçədə bir tanışımızı görən kimi mütləq qucaqlaşıb öpüşürük. Ortalama 10-15 dəqiqə hal-əhval tuturuq. Faydası oldumu, maskalı-maskasız gəzməyin?! Olmadı. Deməli, fərdi və sosial məsuliyyət çox vacibdir. Hər kəs özünü qorumağı bacarmalıdır. Peyvəndə də lağlağı yanaşırıq. Virusa qalib gəlmiş ədası ilə. Düzgün deyil!//pravda



REKLAM