“Maska taxmayın, çünki...” – ÜST-dən şok xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstə olmayanların maska istifadə etməsinin koronavirusla mübarizədə faydadan çox, əlavə risk yaratdığı xəbərdarlığını edib.
Sehiyye.info xəbər verir ki, ÜST-ün Təcili Yardımlar Mərkəzinin direktoru Maykl Rayan qoruyucu maskalardan istifadənin koronavirusla mübarizədə heç bir yararının olmadığını deyib.
“Virus maskanın yanlış şəkildə çıxarılması ilə də yayıla bilər. Bu halda maskalar əlavə risklər yaradır. Buna görə də xəstə deyilsinzsə, maskalardan istifadə etməyin”, - Rayan bildirib.