sehiyye.info

Açıq havada bu halda maska taxılmaya bilər – Həkim

Açıq havada bu halda maska taxılmaya bilər – Həkim

Açıq havada olan zaman 2 metr məsafədə adam yoxdursa, maskasız gəzmək olar.

Sehiyye.info xəbər verir ki bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Rauf Qasımov deyib.

"Açıq havada ətrafda kiminsə olmadığı müddətdə maska taxılmasının tərəfdarı deyiləm. Lakin karantin tədbirləri çərçivəsində qəbul edilən qaydalara əsasən, maskadan istifadə edilməlidir. Çünki insanlar bir-birilə bir çox yerdə qarşılaşa bilərlər və onlar arasında virusa yoluxmuş hansısa şəxs olarsa, 1 və 1,5 metr məsafədə digərlərinin də yoluxma ehtimalı olar", - o bildirib.



REKLAM