sehiyye.info

YOLUXMALAR NƏTİCƏSİNDƏ BİR GÜNDƏ 10 XƏSTƏXANA DOLUR" - "Kafe-restoranlar bağlanacaq, nəticə verməzsə..." + VİDEO

YOLUXMALAR NƏTİCƏSİNDƏ BİR GÜNDƏ 10 XƏSTƏXANA DOLUR" - "Kafe-restoranlar bağlanacaq, nəticə verməzsə..." + VİDEO
"Koronavirusa yoluxmuş aktiv xəstə sayı ciddi rəqəmdir və bu, məcbur edir ki, qapanmalara gedilsin". Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim Rauf Qasımov deyib.

O bildirib ki, gündəlik yoluxma sayındakı artım nəticəsində TƏBİB-in statistikasına əsasən respublikadakı bütün xəstəxanalar korona xəstələri üçün xidmət göstərsə, təxminən 40 min çarpayı ehtiyatı olar: "Bugünkü aktiv xəstə sayı ilə bağlı rəqəmlər onu göstərir ki, biz artıq bu statistikanın yarısını tamamlamışıq. Əksər klinikaların 150-250 nəfərlik çarpayısı var. Gündəlik 2500-ə yaxın insanın virusa yoluxması nəticəsində bir gündə 10 xəstəxana dolur. Belə olan halda isə təbii ki, məcburiyyət qarşısında qapanmalara gediləcək".

Həkim onu da qeyd edib ki, qapanmalar çərçivəsində SMS-icazə sistemi də tətbiq ediləcək: 'Növbəti addım yəqin ki, ənənəvi tədris davam edən universitetlərdə tədrisin dayandırılması, kafe-restoranın bağlanması barədədir. Bu qərarlar nəticəsini verməsə, çox güman ki, daha ciddi addımlar atılacaq, ticarət obyektləri bağlanacaq və SMS-icazə sisteminə keçiləcək".



REKLAM