sehiyye.info

"Hazırkı vəziyyətdə karantin tətbiq edilməməlidir" – Vasif İsmayıl

"Hazırkı vəziyyətdə karantin tətbiq edilməməlidir" – Vasif İsmayıl
"Ölkədə koronavirusa yoluxma kritik həddə olmadığı üçün məhdudlaşdırıcı tədbirlər görülməsini proqnazlaşdırmıram".

Bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində həkim Vasif İsmayıl deyib. O bildirib ki, hazırkı epidemioloji vəziyyət karantini zəruri etmir:

“Koronavirusla əlaqədar məhdudlaşdırıcı tədbirlər günlük yoluxma sayına görə deyil, aktiv xəstə sayına görə hesablanır.Bu gün səhiyyə sistemimiz 20 min aktiv xəstəyə tam rahat xidmət göstəcək səviyyədədir. Hələlik yoluxma sayı kritik olmadığı üçün yaxın günlərdə ciddi qapanma proqnozlaşdırmıram. Çünki bundan əvvəlki karantin tədbirləri çərçivəsindəki ciddi məhdudiyyətləri aktiv xəstə sayı 60 min nəfərin ətrafında olanda tətbiq etdik.

Həmçinin bayram günlərində də qapanmalar olacağını düşünmürəm. Bu istiqamətdə administrativ qərar verilə bilər”.
Vasif İsmayıl onu da qeyd edib ki, ölkədə epidemilogiyanın bitməsi üçün ən azı 5 milyon insan yaxın 6 ay ərzində virusa yoluxmalı və ya peyvənd vurdurmalıdır.//musavat



REKLAM