sehiyye.info

Tez-tez acmaq, daim yemək istəmək: Ciddi səbəblər ÜZƏ ÇIXDI

Tez-tez acmaq, daim yemək istəmək: Ciddi səbəblər ÜZƏ ÇIXDI
İştahanız səbəbsiz artıbsa, daim yemək istəyirsinizsə, buna ciddi fikir vermək lazımdır. Bəzən bu hal orqanizmdə baş verən hər hansı pozulmaya işarə edə bilər.

Sehiyye.info Publika.aza istinadən sizi iştahanın artmasının bəzi bilmədiyiniz səbəbləri ilə tanış edir:

1. Depressiya

Bəzi depressiyadan əziyyət çəkən insanlar yeməkdən demək olar tam imtina edir, lakin bir çoxları isə əksinə daim yeyir və özünə nəzarət edə bilmir.

2. Yuxunun az olması

Alimlərin müşahidələrinə görə, yuxusuzluqdan əziyyət çəkən, müxtəlif səbəblərə görə (iş rejimi, normal yuxu üçün şəraitin olmaması və s.) az yatan insanlar artıq çəki və piylənmədən normal yuxu alan insanlarla müqayisədə daha tez-tez əziyyət çəkirlər.

Yuxunun az olması hormonlara və xüsusilə iştahanı tənzimləyən leptin və qrelin hormonlarına təsir edir. Bu hormonların tarazlığı pozulanda iştaha artır.

3. Səhər yeməyindən imtina

Səhər yeməyi ən vacib qida qəbuludur. Səhər yeməyi orqanizmdə mübadilə proseslərini “qoşur”. Müşahidələr göstərir ki, səhər yeməyindən imtina edən insan gün ərzində daim anomal aclıq hiss edir, daha çox yeyir və onda doymaq hissi gec yaranır.

4. Stress

Stress insanı daha çox yeməyə vadar edir. Stress vəziyyətində insan daha çox şirniyyat və kalorili yeməklərə üstünlük verir.

5. Qidalanmada zülalın çatışmazlığı

Zülallar gec parçalanır və mənimsənilir və nəticədə insan özünü daha uzun müddət ərzində tox hiss edir. Zülalla zəngin olan məhsullar arasında: ət, balıq, yumurta, süd məhsulları və s.

6. Lifli qidaların azlığı

Liflə zəngin olan məhsullar (tərəvəzlər, paxlalılar, yarmalar və s.) da gec həzm olunur və qanda qlükozanın səviyyəsini stabil saxlayır. Bildiyimiz kimi, qanda şəkərin kəskin artması aclığa səbəb olur.

7. Qanda şəkərin yüksək səviyyədə olması

Əgər şəkərin səviyyəsi normal tənzimlənmirsə, insan tez acır, doymur və yeməkdən az bir müddət keçdikdən sonra yenə yemək istəyir. Bu şəkərli diabetin inkişafına işarə edə bilər.



REKLAM