sehiyye.info

İki pis vərdiş kökəlməyə səbəb olur

İki pis vərdiş kökəlməyə səbəb olur
Piylənmə artıq bütün dünyada ciddi problemə çevrilib.

Sehiyye.info xəbər verir ki, piylənməyə cavan insanlarda və hətta uşaqlarda da tez-tez təsadüf edilir.

Piylənmə tək kosmetik qüsur deyil, bu çox ciddi pozulmadır. Piylənmə bir çox xəstəliklərin (ürək-damar sistemi xəstəlikləri, diabet, bəzi xərçəng növləri, sonsuzluq və s.) inkişafına səbəb olur.

Alimlərin fikirinə görə, müasir insanlar arasında yayılmış 2 pis vərdiş artıq çəkinin yığılmasının və piylənmənin əsas səbəbləridir. Bu pis vərdişlər səhər yeməyindən imtina etmək və gecənin yarısına qədər oyaq qalmaqdır.

Çoxsaylı araşdırmalar göstərib ki, səhər yeməyindən imtina edən insan nahar və şam yeməyi zamanı daha çox qida qəbul edir və bu da artıq çəkinin yığılmasına səbəb olur. Alimlər səhər yeməyini daha kalorlu və tamdəyərli etməyi tövsiyə edirlər. Bu o demək deyil ki, 1 buterbrod və 1 fincan çay və ya qəhvə ilə kifayətlənmək lazımdır. Səhər yeməyi normal qida qəbulu olmalıdır. Səhər yeməyi zamanı sıyıqlar, süd məhsulları, meyvə və ya tərəvəzlər, yumurta, bişmiş ət və ya toyuq kimi qidalara üstünlük vermək lazımdır. Bu halda qanda şəkərin səviyyəsi uzun müddət ərzində sabit qalacaq və insan nahar vaxtı daha az qida qəbul edəcək.

Gecə yarısına qədər oyaq qalan insanlar əksər hallarda vaxtını kompüter və ya televizor qarşısında keçirir. Bu zaman onlar adətən müxtəlif şirin, kalorlu qidaları (şirniyyat, çipsi, pop-korn və s.) qəbul edir. Bu qidalarda olan kalorilər, təbii ki, sərf olunmur və çəkinin artmasına səbəb olur.



REKLAM