Hindistanda dörd ayaqlı, üç əlli körpə doğulub
Hindistanda qeyri-adi uşaq doğulub.
Sehiyye.infonun məlumatına görə, bu barədə "Mirror" nəşri xəbər verib.
Qeyd edilir ki, nadir hadisə Rajastan ştatında qeydə alınıb. İyirmi dörd yaşlı qadın doğum evində dörd ayaqlı və üç əlli körpə dünyaya gətirib.
Həkimlər güman edir ki, körpə əvvəlki üç əkizin hissəsi olub. Əkiz qızlar patologiyasız doğulub.
Həkimlər körpənin əlavə əllərini və ayaqlarını kəsməyi planlaşdırırlar.
"Onun nəfəsində problemlər var idi. Biz qızı oksigenə qoşduq, indi onun vəziyyəti sabitdir. Uşaq əməliyyat və sonrakı müalicə üçün Caypur xəstəxanasına göndəriləcək", - deyə həkim Roxiteş Min bildirib.
O, əlavə edib ki, körpənin anası hamiləlik dövründə ultrasəs müayinədən keçməyib. Bu səbəbdən o, əkizlərinin doğulacağını bilməyib.Report.az