sehiyye.info

Ana 2 ay fərqlə dünyaya uşaq gətirdi – Görünməmiş fakt

Ana 2 ay fərqlə dünyaya uşaq gətirdi – Görünməmiş fakt
Ural perinatal mərkəzində görünməmiş hadisə qeydə alınıb.
Liliya Konovalova adlı qadın iki aylıq fərqlə iki körpə dünyaya gətirib.
Mayın 24-də təbii doğum edən qadının qız övladı 850 qram çəkidə doğulub və həkimlərin səyi nəticəsində reanimasiyadan çıxarılıb. Qadın bundan sonra bərpa dövrü keçirib. Avqustun 9-da isə qeysəriyyə əməliyyatı ilə 2900 kq çəki ilə oğlu dünyaya gəlib.
Ərazi üzrə pediatr-neonatoloq Nurgül Cunusova ana və körpələrin vəziyyətinin qənaətbəxş olduğu bildirib.
Liliya Konovalova bundan başqa 7 yaşlı bir qızının da olduğunu deyib: “Anatomik xüsusiyyətim barədə bilirdim, amma heç vaxt ona əhəmiyyət vermirdim. Mayın 23-dən perinatal mərkəzdəyəm”.
Qeyd edək ki, Qazaxıstanda bu hal ilk dəfə qeydə alınır.teleqraf.com



REKLAM