sehiyye.info

“Yoluxma sayı yüksəlməyə doğru gedəcək” - TƏBİB rəsmisi

“Yoluxma sayı yüksəlməyə doğru gedəcək” - TƏBİB rəsmisi
Vəziyyət nəzarət altına alındıqdan sonra belə, bir müddət yüksəlmələrə doğru gedişatı gözləmək olar

“Əvvəlki yoluxmalar olan zaman bunun davamlı olacağını düşünürdük. Bildirirdik ki, gedişat yüksəlməyə doğru getdiyinə görə, hətta 4 rəqəmlilərə də gəlib çata bilər. Bu gün artıq rekord göstəricidir. 1015 rəqəmi onu göstərir ki, artıq sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil. Bu baxımdan düşünürəm ki, gedişat hələ yüksəlməyə doğru gedəcək".

AzNews.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim, infeksionist Vasif Əliyev REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, xəstəliyin inkubasiya dövrü nəzərə alınarsa, vəziyyət nəzarət altına alındıqdan sonra belə, bir müddət yüksəlmələrə doğru gedişatı gözləmək olar:

“Təəssüf ki, Azərbaycanda bu vəziyyət nəzarət altına alınmayıb. Düşünürəm ki, vəziyyət yaydakı dövrdən daha da ağır ola bilər. Çünki yoluxma hallarının sayı əvvəlki dönəmdən, hansı ki, bizdə daha kritik dönəm idi, indi ondan iki dəfə daha çoxdur".
“Yoluxma sayı yüksəlməyə doğru gedəcək” - TƏBİB rəsmisi



REKLAM