Azərbaycanda koronavirus: 89 yeni yoluxma, aktiv xəstələrin sayı 2 mindən aşağı düşüb
Cümə günü Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı məlumata görə bu gün ötən günə nisbətən daha az - 89 nəfərdə yeni yoluxma aşkarlanıb.
Cümə günü bu rəqəm 103 idi.
Bu gün 2 nəfərin koronavirusdan vəfat etdiyi, 207 nəfərin sağaldığı bildirilir.
Bununla da indiyədək bu virusa yoluxması aşkar edilmişlərin ümumi sayı 34 107 nəfərdir. Azərbaycanda indiyədək COVİD-19-dan ölənlərin sayı 506-dır.
Ümumi olaraq, 31 697 nəfər koronavirusdan sağalıb.
Hazırda 1904 aktiv xəstə var.
İndiyədək Azərbaycanda 826 043 test aparılıb. Bugünkü test sayı isə 6041-dir.
Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb.
Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi avqustun 31-dək uzadılıb.
Nazirlər Kabineti mayın 4-dən etibarən xüsusi karantin rejimini bir qədər yumşaldıb. İyun ayında isə qurum koronavirusun qarşısının alınması məqsədilə həftəsonları ev təcridi rejimi tətbiq etməyə başlayıb.//BBC