İndi də, "Maskalar göbələk yarada bilərmiş"
Professor İhsan Hubbezoğlu koronavirus pandemiyası səbəbilə taxılan maskaların ağız və diş sağlamlığına mənfi təsir etdiyini deyib.
Sehiyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor üst-üstə taxılan maskaların ağız göbələyi və ağızda quruluq yaratdığını bildirib.
“Odur ki, keyfiyyətli maskalar alın. Maska istifadəsinin ağız və diş sağlamlığına birbaşa təsiri yoxdur. Düzgün formada istifadə edildiyi halda heç bir zərəri yoxdur. Ancaq biz xəstələrimizdən gördük ki, üst-üstə taxılan maskalar ağız və ağız ətrafında göbələk növləri meydana gətirir. Bu baxımdan tibbi maska ilə kifayətlənməyə çalışın. Taxılan maskalar da Səhiyyə Nazirliyi tərəfindən dəstəklənməlidir. Eyni maskanın uzun müddət ağızda qalması bakteriyalara yol açır.
Burnumuz axdıqda və ya asqırdıqda maska islanır. Beləliklə onun qoruyuculuğu pozulur, özəlliyini itirir. Kirli maskalar isə ağız yaralarına səbəb olur. Maskanın diş çürüməsinə təsiri yoxdur, ancaq karantin müddətində evdən çıxa bilməyən vətəndaşlar daha çox yeməyə başladı. Qeyri-sağlam qidalanma nəticəsində diş çürükləri artmağa davam edir”.//publika