İki maska taxanlara XƏBƏRDARLIQ
Eyni zamanda iki maskanın istifadəsi dəb halına gəlib. Koronavirusdan qorunmaq üçün tibbi, üstəlik qeyri-adi görünmək üçün dizaynlı maskalar taxılır.
Sehiyye.info xəbər verir ki, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi iki maska taxmağın koronavirusun yayılmasının qarşısını almaqda təsirli olduğunu bildirmişdi. Terapevt Nadejda Çernışova isə iki maskadan istifadənin zərərlərindən danışıb.
Onun sözlərinə görə, maskanın qalınlığı normal nəfəs almağa imkan verməlidir. Bir adam eyni anda iki maska taxarsa, nəfəs almaqda çətinlik yarana bilər və nəticədə onları çıxarmalı olacaq.
“Adi tibbi maska bizi virusdan 90 faizdən çox qoruyursa, ikincisinə nə gərək var? İkinci maskanın heç bir faydası yoxdur. Bundan əlavə, dizaynlı maskalar boyanmış və ya qaşlarla bəzədilmiş olur. Gözəldir, amma bütün bu gözəllik onların faydasına mane olur”, - Çernışova izah edib.
Respiratorun taxılmasına gəldikdə: həkim bu metodun effektivliyi barədə etibarlı məlumat mənbəyinin olmadığını qeyd edib. O bildirib ki, bu mövzuda elmi araşdırmalar aparılmayıb.//publika