Dermatoloqdan XƏBƏRDARLIQ - Bu maskalar təhlükə SAÇIR
Koronavirusdan qorunmaq üçün istifadə edilən rənglənmiş və bərbəzəkli maskaların zərərləri ortaya çıxıb.
Sehiyye.info xəbər verir ki, türkiyəli dermatoloq Yasəmən Fateh Amato sintetik materialdan hazırlanan maskaların dəridə allergik reaksiya verdiyini bildirib. Odur ki, mümkün olduğu qədər təbii və allergiya yaratmayan maskalar almağı tövsiyə edib:
“Rəngarəng maskalar diqqət çəksə də, sintetik olduğundan allergik reaksiyalara səbəb olur. Bədəniniz uzun müddət maska taxmağa öyrəşmədiyi üçün problemlər yarana bilər. Hava keçirməyən maskalar zərərlidir. Xüsusilə dərinin həssas olduğu hissələrdə qaşıntı, qızartı, eqzama, hətta bəzi insanlarda açıq yaralar yarana bilir. Maskanı çıxartdıqdan 20-30 dəqiqə ərzində qızartı keçmirsə, problem var. Odur ki, bu halda maskanı dərhal dəyişdirin. Ümumiyyətlə, allergik reaksiyalardan qorunmaq üçün sintetik materiallardan uzaq durun. Çox tərləyir və dəriniz yağlanırsa, gün ərzində maskanı bir neçə dəfə dəyişdirin. Yağlı nəmləndiricilər maskanın altında dərinin florasını poza bilir”.//publika