Gənc ana idman zalına getmədən 46 kilo ARIQLADI - FOTOLAR
Avstraliyanın Yeni Cənubi Uels ştatından olan gənc ana Keytlin Lankester idman zalına getmədən 28 həftəyə 46 kiloqram arıqlayıb.
Sehiyye.info xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Belə ki, 2019-cu ilin noyabrında uşağı olduqdan sonra çəkisi 99 kiloqrama çatan Lankester öz zahiri görünüşünə nifrət etsə də, yalnız 1,5 il sonra dəyişilmək qərarına gəlib.
25 may 2020-ci il tarixində o, fitnes məşqçisi Reyçel Dillonun "Bodies by Rachel" onlayn məşqlərinin reklamıyla qarşılaşıb. Həmin gündən ev şəraitində etdiyi gündəlik məşqlər və sağlam qidalanma sayəsində Lankesterin şəkisi cəmi 7 aya 53 kiloqrama qədər düşüb.
Uşaqlı ana üçün bu onlayn məşqlər ideal çıxış yolu olub.
Hər şeydən əlavə, avstraliyalı qadın zərərli yeməklərdən də imtina edib. Artıq o, hər səhəri kofe, yulaf sıyığı və meyvə ilə başlayır, naharda avokado ilə tost, axşam isə tərəvəz ilə toyuq və ya mal əti yeyir.
Ara yeməyi kimi Keytlin yoqurt və protein kokteylinə üstünlük verir.
Lankester gündə 1500 kaloridən çox qəbul etməməyə çalışır.
"Çəkimdəki dəyişiklik həyatıma o qədər gözəl təsir edib ki! Nail olduğum nəticələrlə qürur duyuram və hazırda əzələ yığmağa çalışıram", - deyə Keytlin etiraf edib.//big.az