sehiyye.info

Gənc anaya övlad sevinci yaşamaq nəsib olub

Gənc anaya övlad sevinci yaşamaq nəsib olub
Bir neçə il müxtəlif ölkələrdə müalicə alsa da, ana olmaq səadətinə qovuşa bilməyən 22 yaşlı qadın nəhayət ki, arzusuna çatıb.

Gənc qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) müalicə edilərək övlad sahibi olub.
Sehiyye.info bildirir ki,Bu barədə AZƏRTAC-a mərkəzin mətbuat xidmətindən məlumat verilib.

RMDM-in ginekoloq-endokrinoloqu Pərvin Nəbiyeva deyib: “Bizə müraciət edəndən sonra qadının üzərində lazımi müayinələr aparıldı. Düzgün müalicə taktikasının seçilməsi nəticəsində müsbət nəticəyə nail olduq: təbii yolla hamiləlik baş verdi və hamiləliyin 29-cu həftəsində qeysəriyyə yolu ilə doğuş həyata keçirildi. Üç aydan sonra kontrol müayinəyə gələn qadında heç bir patologiya aşkar edilmədi”.

Neonatoloq-pediatr Arzu Həsənovanın verdiyi məlumata görə, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpənin çəkisi 1,2 kiloqram olsa da, mərkəzin neonatoloji komandasının birgə əməyi sayəsində ailənin həyəcanlı günləri arxada qalıb. Körpənin üzərində lazımi skrininq müayinələri aparılıb və onun çəkisi 2 kiloqrama çatdırılıb. Ana və körpə tam sağlam vəziyyətdə evə yola salınıb.



REKLAM