sehiyye.info

Sevdiyi oğlan tərəfindən rədd edilən qız 52 kilo ARIQLAYIB BELƏ OLDU - FOTO

Sevdiyi oğlan tərəfindən rədd edilən qız 52 kilo ARIQLAYIB BELƏ OLDU - FOTO
Türkiyədə gənc qızın sevdiyi oğlan tərəfindən rədd edildikdən sonrakı dəyişimi görənləri təəccübləndirib.

Sehiyye/info Sonxeber.az-a istinadən xəbər verir ki, 23 yaşlı Begüm Cansu sevdiyi oğlan onu ələ salıb, sevgisini rədd etdikdən sonra 120 kiloqramdan 68 kiloqrama düşüb.

Gənc qız özündəki möhtəşəm dəyişimlə bağlı mətbuata açıqlamasında bildirib ki, bu qədər çəkini idman və dieta ilə ata bilib:

"Mənim bu dərəcədə arıqlama səbəbim sevdiyim oğlan oldu. Bir neçə ay öncə sevdiyim və bu gün adını belə dilimə gətirmək istəmədiyim həmin oğlana sevgimi etiraf edəndə "bu görünüşünlə məni sevirsən?" deyərək məni ələ salmışdı, sevgimi rədd etmişdi. Onun sözləri mənə çox təsir etdi. Uzun müddət depressiyada oldum. Sonra güc toplayıb idmana və dietaya başladım. Hazırda məqsədim 60 kiloqrama qədər arıqlayaraq gözəl model olmaqdır".



REKLAM