sehiyye.info

“İmmunlaşdırma proqramında beynəlxalq standartlar tətbiq olunur” - VİDEO

“İmmunlaşdırma proqramında beynəlxalq standartlar tətbiq olunur” - VİDEO
“Hər 5 ildən bir təsdiq olunan tədbirlər proqramı çərçivəsində peyvənd təqviminə uyğun olaraq dövlət hesabına 11 xəstəliyə qarşı mübarizə uğurla həyata keçirilir. Azərbaycanın immunlaşdırma proqramında Avropa regionunda qəbul olunmuş bütün beynəlxalq standartlar tətbiq olunur. Yoluxucu xəstəliklərin immunoprofilaktikası proqramı çərçivəsində peyvənd təqviminə uyğun olaraq həyata keçirilən peyvəndlərlə yanaşı, bir sıra digər xəstəliklərin könüllü olaraq peyvənd vurulması istiqamətində hər il Azərbaycanda müxtəlif layihələr həyata keçirilir”.

Sehiyye.info xəbər verir ki, bu sözləri millət vəkili Soltan Məmmədov deyib.

O, xüsusilə, payız-qış mövsümündə tətbiq olunan peyvəndlərin əhəmiyyətindən söz açıb:

“Peyvəndlər risk qrupuna aid olan insanların məhz tənəffüs yolu xəstəliklərindən müdafiə olunmasına xidmət edir”.//publika



REKLAM