sehiyye.info

27 ölkə koronavirusa qarşı Rusiya peyvəndini almaq istəyir: Azərbaycan da var

27 ölkə koronavirusa qarşı Rusiya peyvəndini almaq istəyir: Azərbaycan da var
Koronavirusa qarşı Rusiyada hazırlanan peyvəndi 27 ölkə almaq istəyir, dövlətlər artıq buna hazır olduqlarını bildiriblər.

Sehiyye.info Rusiya KİV-nə istinadla bildirir ki, bu haqda prezident Vladimir Putinin yanında hökumət üzvləri ilə keçirilən müşavirədə baş nazirin müavini Tatyana Qolikova məlumat verib.

Qolikova əlavə edib ki, bununla bağlı informasiyanı Rusiyanın Xarici İşlər Nazirliyinə təqdim edib. Onun sözlərinə görə, söhbət müxtəlif formada əməkdaşlıqdan gedir - birgə hazırlamaq, klinik tədqiqatlar, tədarüklər, xarici ölkələrdə istehsal, humanitar yardım.

Qolikova deyib ki, Rusiyaya müraciət edən ölkələr arasında Azərbaycan, Belarus, Venesuela, Braziliya və Qazaxıstan da var.//lent.az



REKLAM