sehiyye.info

"Ərinizin daha uzun yaşaması üçün ona ikinci arvad axtarın!..” - Tanınmış xanım etnoqrafdan çağırış...

"Ərinizin daha uzun yaşaması üçün ona ikinci arvad axtarın!..” - Tanınmış xanım etnoqrafdan çağırış...
“Kişi də əlavə arvadı Allahın buyruqlarına uyğun saxlamaq üçün gərək kişi(!) olsun, zinakar yox!..”


“İkinci arvad kişinin ömrünü uzadır”.

Sehiyye.info Rusiya mediasına istinadla xəbər verir ki, əksər müasir qadınlar üçün gözlənilməz olan bu fikri tanıınmış etnoqraf xanm, "Altın Alka" İctimai Birliyinin sədri, “Qazaxıstan Respublikasının Təhsil Əlaçısı” adına layiq görülmüş Qaliya Kandaulukızı bəyan edib.

Qadınları ərlərini qısqanmamağa çağıran alim onlara çağırış edib: "Ərinizin daha uzun yaşaması üçün ona ikinci arvad axtarın!..”

Kandaulukızı bildirib ki, ikinci həyat yoldaşı ilə evlənmə keçmiş qazax cəmiyyəti üçün ənənəvi haldır.

"Bir qadınla evlənən kişi onunla birlikdə qocalır və xəstələnir. Əksər hallarda yaşlı bir kişi həyat yoldaşından əvvəl ölür. Sevimli kişinizi ölümə məhkum etməyin"-deyə xanım etnoqraf həmcinslərinə səslənib.

Qaliya Kandaulukızı bildirib ki, poliqamiyaya -çoxarvadlılığa çağırışı həm də Qazaxıstanda son dövrlərdə yaranan demoqrafik problemlərlə əlaqədardır. Xanım etnoqraf müasir qazax qadınlarının ulu nənələri kimi çox uşaq dünyaya gətirmək istəməməsindən təəssüfünü ifadə edərək deyib:
"Ərinizin daha uzun yaşaması üçün ona ikinci arvad axtarın!..” - Tanınmış xanım etnoqrafdan çağırış...
“Amma ikinci arvadla nəsli 5-6 uşağa qədər böyüdə bilərsiniz. Onları bəsləyə bilməyəcəyiniz qorxusu isə tənbəllərin işidir...”

“Qazaxıstanda çoxarvadlılıq qanunla qadağandır. Fəqət, çoxarvadlılığa qadağa millət üçün zərərli bir niyyətdir"- deyib Kandaulukıızı.

Onun sözlərinə görə, müasir qazax qadınları da çoxarvadlılığa mənfi münasibət göstərirlər.
"Mən bu mövzuya və onun cəmiyyət üçün əhəmiyyətinə toxunanda qadınlar məni parçalamağa hazır olurlar"-deyən alim bu gerçəkliklə razılaşmadığını bəyan edib.

P.S. Amma kişi də əlavə arvadı Allahın Qurandakı buyruqlarına uyğun saxlamaq üçün gərək kişi(!) olsun, zinakar yox!.. (Moderator.az)



REKLAM