sehiyye.info

Koronavirus mutasiyaları: Hansı daha təhlükəlidir?

Koronavirus mutasiyaları: Hansı daha təhlükəlidir?
Genom mühəndisliyi laboratoriyasının müdiri, virusoloq Pavel Volçkovun sözlərinə görə, Cənubi Afrika ştammı Britaniya ştammından daha təhlükəlidir, çünki insanlara yenidən yoluxmaq üçün mutasiyaya uğrayır.

Sehiyye.info “lenta.ru”ya istinadən xəbər verir ki, virusoloq Cənubi Afrika ştammının təhlükələrindən danışıb.

“Cənubi Afrika ştammı Britaniya ştammından fərqli olaraq daha çox mutasiyaya uğrayıb. Bu isə onun monoklonal antikorlardan uzaqlaşmasına kömək edir. Monoklonal antikorlar insanlarda müdafiə faktorlarıdır. Elm adamları hazırda apardıqları tədqiqatlarda onlardan tez-tez istifadə edirlər. Tədqiqat laboratoriyalarında istifadə üçün satılır. Bunlar SARS-CoV-2-nin hüceyrəyə girməsinə mane olan neytrallaşdırıcı antikorlardır”, - həkim bildirib.

Volçkovun sözlərinə görə, bu antikorların Cənubi Afrika ştammına heç bir təsiri yoxdur:

“Yəni bu istiqamətdə mutasiya edən virus adaptiv immuniteti aşmağa başlayır. Bu dəyişikliklər yoluxmanın qarşısını almayacaq, çünki orqanizmdə hələ mutasiya olunmamış əvvəlki ştamma qarşı antikorlar var.

T hüceyrə immuniteti inkişaf etmədikdə, T və NK hüceyrələri işə düşmür. Bu, virusun immunitet cavabından asanlıqla qaçmasına imkan verir”.

Xatırladaq ki, Cənubi Afrikada ötən ilin dekabr ayının ortalarında virusun yeni mutasiyası tapıldı. Bu variant 501.V2 adlandırıldı. Cənubi Afrikanın Səhiyyə naziri Zveli Mhize ölkədəki ikinci koronavirus dalğasının böyük ehtimalla xəstəliyin bu xüsusi mutasiyası ilə əlaqəli olduğunu vurğuladı. Bu ştamm İngiltərədə və daha sonra digər ölkələrdə tapılan koronavirus mutasiyasından fərqlidir.//publika



REKLAM