sehiyye.info

Avropadakı koronavirus ştammı alimləri heyrətləndirdi

Avropadakı koronavirus ştammı alimləri heyrətləndirdi
“Virusun marağı daha çox insanı öldürmək deyil, onları yoluxdurmaqdır. Çünki virus insandan bir qida və daldalanacaq mənbəyi kimi asılıdır”

SARS-CoV-2 yeni tip koronavirusunun Avropada, ABŞ-da və Asiyanın bəzi bölgələrində yayılan mutasiya etmiş ştammının ölüm göstəricisi xeyli aşağı olub.

Sehiyye.info bildirir ki, bu barədə Reuters-ə Beynəlxalq İnfeksion Xəstəliklər Cəmiyyətinin prezidenti Pol Tambya deyib.

Onun sözlərinə görə, D614G ştammının yayılması dünyada koronavirusdan ölüm göstəricisinin azalması ilə üst-üstə düşüb.

Mütəxəssis əlavə edib ki, bir qayda olaraq, virusların əksəriyyəti mutasiyaya uğrayanda təhlükəsi də azalır.

“Virusun marağı daha çox insanı öldürmək deyil, onları yoluxdurmaqdır. Çünki virus insandan bir qida və daldalanacaq mənbəyi kimi asılıdır”, - Tambya deyib.

Avqustun 17-də məlum olub ki, D614G ştammı Filippində aşkarlanıb. Həkimlərin sözlərinə görə, mutasiya iyunda özünü büruzə verib, elə həmin vaxt onun izlərini Malayziyada tapıblar. Bəzi məlumatlara görə isə virusun bu variantı daha ağır keçirilən xəstəlik törətməyə qadirdir.//sputnik



REKLAM