Dietoloq kəskin şirniyyat istəyinin səbəblərini açıqladı
Rusiyalı dietoloq Yelena Solomatina kəskin şirniyyat istəyinin yaranma səbəblərini izah edib.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert bu fenomenin bədəndə müəyyən mikroelementlər, xüsusən də xrom, maqnezium, B vitamini çatışmazlığından baş verdiyini deyib.
“Dəniz məhsulları, qarabaşaq yarması, tərəvəzlər, ət, tam taxıl çörəyi və dənli bitkilər kimi mürəkkəb karbohidratlar kəsiri doldurmağa kömək edəcək. Soyuq fəsildə insan enerjidən məhrum olur və qızınmaq istəyir. Yağlı və şirin yeməklər ümumiyyətlə enerjini artırmağa kömək edir”, - Solomatina “Sputnik” radiosuna verdiyi müsahibədə qeyd edib.
Həkim bildirib ki, boşanma, yaxınlarını itirmək və s. kimi psixoloji problemlər şirniyyat istəyinə səbəb ola bilər. Bu da insanın sevinc gətirən hobbilərdən imtina etməsinə səbəb ola, zövq hormonundan məhrum edə bilər. Bundan əlavə, konfet yemək istəyi yuxu pozğunluğunun, zəif qidalanmanın və ya gizli infeksiyanın əlaməti ola bilər.//publika