sehiyye.info

Şirniyyat çox yeyirsinizsə, ziyan ola bilər.

Şirniyyat çox yeyirsinizsə, ziyan ola bilər.
Şirniyyat insanların müxtəlif xəstəliklərinə şərait yaradır.
Sehiyye.info bildirir ki,yay fəsli olmasına baxmayaq şirniyyat sevən insanlar ondan keçə bilmir. Bu artıq çəki gətirməklə yanaşı, həm də bir çox ağır şirniyyatlar istidə insan səhhətinə pis təsir edə bilir.
Şirniyyatların tərkibində orqanizm üçün həyati əhəmiyyətli karbohidratlar var. Şirniyyat orqanizmdə “xoşbəxtlik hormonu” adlandırılan serotoninin ifrazını təmin etməklə yanaşı, bir sıra fəsadlara da yol aça bilir.

Xüsusilə də şirniyyat yemək həvəsi məhəbbətə çevrilirsə, bu zaman ortaya ciddi problemlər çıxır.

Tort və şokoladdan imtina edə bilməyənlər, xüsusilə də qadınlar çox vaxt göbələk xəstəliklərindən əziyyət çəkirlər. Şirniyyatların tərkibindəki qlükozanın insan ömrünü 25%-ə qədər azaltdığı deyilir.

Hamilə qadınların qida rasionunda karbohidratların çoxluğu isə doğulacaq uşaqlarda allergik reaksiyalar və sinir sistemi xəstəliklərinin yaranma riskini artıra bilər.

Amerika alimləri şirniyyat aludəçiliyinin bağırsaqda xərçəngə səbəb ola biləcəyini deyir. Belə ki, həddindən artıq şirniyyat qəbulu mədəaltı vəzini artıq dərəcədə işləməyə məcbur edir. Nəticədə, bağırsaqlarda bədxassəli şişlərin əmələ gəlməsinə təkan verir.



REKLAM