Koronavirusa yoluxan insanlar nədən qorxur?
![]()
Koronavirusun ikinci dalğası dünyada xeyli can alıb və almaqdadır.
Sehiyye.info xəbər verir ki,bu gün Azərbaycanda yoluxma 4000 -ə yaxındır.Yay aylarında bütün dünya xəbər verirdi ki,koronavirusun ikinci dalğası gəlir.Hazır olun.Heç kim inanmırdı.Çünki,birinci dalğada insanlar bunu ciddiyə almadılar.Lakin bu gün tanınmış ziyalıların ölümü ,eləcə də gündəlik ölüm sayının 40-a çatması insanlarda qorxu yaratdı.
Bu səbəbdən də,yayılmanın artması insanlarda panikaya səbəb oldu.
Sehiyye.infonun əməkdaşı koronavirusa yoluxmuş və sağalmış vətəndaşların fikirini öyrənib.Deyilənlərdən belə nəticə çıxarmaq olar ki,bu virus o qədər də ölümcül deyil.Onun inkubasiya dövrü – yoluxmadan əvvəl xəstəliyin kliniki əlamətlərinin yaranmasına qədər olan dövrdür. Bir çox hesablamalara görə COVID‑19 virusunun inkubasiya dövrü 1-14 gün arası davam edir və ən çox hallarda bu dövr təxminən 5 gün təşkil edir.İmmuniteti güclü olanlar,qan qrupu fərqi ilə və şəkərli diabet,hipertoniya,bronxial astma xəstəliyi olmayanlar bu dövrü normal keçirirlər.Təbii ki,müxtəlif dərmanlar,antibiotik və sistem köçürmələrinin köməyilə.
Digər xəstələrinin ən çox qorxduğu isə ,ölüm qorxusudur.Bəzi pasientlərin dediyinə görə sümük ağrıları,halsızlıq,iştahsızlıq,baş ağrısı,güclü tərləmə bu xəstəliyin əlamətləridir.10 gün ərzində bu halda olan xəstə hər gün ölümünü göz önünə gətirir.
Lakin həkimlərin və psixoloqların məsləhəti ondan ibarətdir ki,heç vaxt bu barədə düşünmək lazım deyil.Əksinə özündə güc tapıb,bu virusla mübarizə aparmaq lazımdır.