sehiyye.info

Alimlər koronavirusun ikinci və üçüncü dalğasının vaxtını proqnozlaşdırdı

Alimlər koronavirusun ikinci və üçüncü dalğasının vaxtını proqnozlaşdırdı
Robert Kox İnstitutunun alimləri pandemiyanın ikinci dalğasının payızda, üçüncü dalğasının isə qış aylarında baş verəcəyini proqnozlaşdırıb.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov araşdırmanın nəticələrini şərh edib. O, bildirilib proqnozlar ciddi fərziyyələrə əsaslansa da, bu barədə dəqiq fikir bildirmək hələ tezdir:

“Kox İnstitutu Alman institutudur və bu institutun alimlərinin çıxışları ilk növbədə Almaniyaya aiddir. Almaniyada demək olar ki, COVID-19 epidemiyası nəzarət altına alınıb, burada yeni yoluxmuş SARS-CoV-2 sayının gündəlik artması 1% -dən azdır və tibb müəssisələri bu yükün öhdəsindən gəlir. Yay aylarında bir çox digər tənəffüs virusları kimi, yeni növ koronavirusun yoluxma qabiliyyəti zəifləyəcək, payızda havanın temperaturunu yenidən aşağı düşəndə ​kifayət qədər kollektiv immunitet qazanılmayacağını düşünsək, virusun ikinci dalğası yarana bilər”.

İndi üçüncü dalğa haqqında heç nə deyə bilmərəm. Yəqin ki, Almaniyada alimlər bir ay yarım ərzində ikinci dalğanın öhdəsindən gələ biləcəklərini hesablayıblar. Bu fərziyyələr hər şeydən əvvəl yay aylarında, isti mövsümdə virusun bəzi xüsusiyyətlərinin zəifləyəcəyi proqnozlarına əsaslanır. Ancaq bu yalnız bir ehtimaldır. Odur ki, COVID-19-a qarşı mübarizəni zəiflətməyə dəyməz, xüsusən də koronavirus SARS-CoV-2-yə qarşı effektiv, klinik cəhətdən sınaqdan keçirilmiş peyvəndin 2021-cilin mart – aprel ayından daha əvvəl hazır olmayacağını nəzərə alsaq. Müvafiq olaraq, o zamana qədər epidemiyanın daha iki böyük dalğası və ya bir böyük dalğasını yaşaya bilərik”.Publika.az



REKLAM