İkinci dalğanı yaşayan Çindən gələn açıqlama qorxu yaradır
Koronavirusun ikinci dalğasını yaşayan Çindən gələn açıqlamalar qorxu yaradıb.
Sehiyye.info Sondakika.coma istinadən xəbər verir ki, ölkənin şimal-şərqində yaranan yeni yoluxmaların əvvəlkindən fərqli olduğu məlum olub.
Mütəxəssislər hesab edir ki, bu, koronavirusun dəyişikliyə məruz qalması deməkdir.
Bəzi şəhərlərdə rast gəlinən yoluxmalarda xəstələrin uzun müddət virusu daşıdığı və sağaldıqları halda belə, testin gec nəticə göstərdiyi qeyd edilir.
Koronavirusa yoluxanların uzun müddət heç bir simptom göstərmədikləri üçün gecikmə səbəbi ilə yayılmanın aşkarlanmasında çətinlik yaranır.
İlk dalğada virusun inkubasiya dövrü bir-iki həftə çəkdiyi halda, ikinci dalğada bu müddət bir-iki həftədən çox çəkir.
Eyni zamanda, virus yalnız xəstələrin ağciyərlərində cəmləşir. Uhanda xəstələrdə ağciyərlərdən əlavə, ürək, böyrək və bağırsaq kimi digər orqanların da zədələndiyi bildirilirdi.
Çinin şimal-şərqində başlayan ikinci dalğanın ölkəyə Rusiyadan keçdiyi təxmin edilir. Bu, Rusiyada yayılan koronavirus geninin Çindəki virusla oxşarlığı ilə əlaqələndirilir.