Zeytun yağının faydaları
Zeytun yağı bir sıra xəstəliklərin dərmanıolmaqla yanaşı ,insan orqanizminə çox xeyirlidir.
Sehiyye.info xəbər verir ki,zeytun yağının faydalı cəhətləri aşağıdakılardır:
- Həzm sisteminə təsirləri; istər soyuq olsun, istər isti olsun zeytun yağı mədəni ətraflı şəkildə qoruyucu bir təbəqəylə əhatə edərək mədə turşusunu azaldır. Yeməkdən əvvəl və ya sonra qəbul edilən bir qaşıq zeytun yağı, mədə pərdəsini örtüb spirtin təsirinin qarşısını aldığı kimi, qarışıq içkilərin yol açdığı sərxoşluğu da azaldır.
- Qastrit və xoraya qarşı qorumada təsirli yardım edir. Həzmi asan olan zeytun yağı qidaların bağırsaqlar tərəfindən çox daha yaxşı sorulmasını təmin edən bağırsaqların işini tənzimləyir. İsidilmiş olsun, ya da olmasın zeytun yağı mədə turşuluğu azalda bilir. Qıcıqlanmanı aradan qaldırıcı təsiri xoraya qarşı qorumanı təmin edər. Bağırsaqlardan yemək keçməsini asanlaşdırmaq surətiylə qəbzliyə mane olur.
- Zeytun yağı öd kisəsinin daralmasını (büzülmə) və öd ifrazını xəbərdar edərək öd daşı meydana gəlmə riskini azaldır, həzmi asanlaşdırır. Dalaqda daş əmələ gəlməsinin qarşısını alar. Sarılığa və qaraciyər sancılarına yaxşı təsir edər. Oruc tutanlar, səhər yeməyində bir xörək qaşığı zeytun yağı içsə öd kisəsi və bağırsaqları rahatlaşdıracaq.
- Səhər naharından əvvəl qəbul edilən 1 və ya 2 xörək qaşığı zeytun yağı sadə xroniki qəbizliyə yaxşı təsir edir (daha yaxşı nəticə üçün suyla qarışdırıla bilər). Hemoroid şikayətlərini aradan qaldırır; isti olaraq içilər.
- Ana südündə də olan E vitamini və oleik turşu tərkibi ilə zeytun yağı, normal sümük inkişafına kömək edir. Ana bətnində və doğumdan sonra körpənin beyninin olduğu qədər, ümumiyyətlə, sinir sisteminin inkişafını da dəstəklədiyinə, hamilə və süd verən analara xüsusilə faydalıdır.
- Zeytun yağı yaşlanmanın, həm ümumi olaraq toxuma və orqanlar, həmdə beyin funksiyaları üzərindəki təsirlərini gecikdirir.
- Yüksək təzyiqi salır.
- Qan şəkəri səviyyəsinin düşməsinə kömək edər.
- Ağrı, revmatizm, burxulma və əzələ dartınmalarında; zeytun yağı sürtülür. Qapalı yanıqlarda zeytun yağı sürtülərək istifadə edilir.
- Pis xolesterol LDL-i azaldarkən, yaxşı xolesterol HDL-i artırır. (Yüksək LDL xolesterolu səviyyəsindən asılı olaraq yüksələn xolesterol səviyyəsinin ateroskleroz ürək xəstəliyində səbəbli rol oynadığı şübhəsizdir. Epidemiyoloji məlumatlar tac ürək xəstəliyi hadisələrindəki enişin ümumi və ya LDL xolesteroldakı eniş ilə bərabər olduğunu göstərir.