sehiyye.info

Zeytun yağı və limon qarışığının inanılmaz faydası

Zeytun yağı və limon qarışığının inanılmaz faydası
Zeytun yağı və limon qarışığı birbaşa qaraciyərimizi təmizləyir və göz altı qaralmalarını yox edərək, insanı daha sakit göstərir.

Bəzən kifayət qədər yaxşı qidalanmadıqda, gərgin işlər gördükdə qaraciyərimiz həddindən artıq sürətlənmək məcburiyyətində qalır və bu da gözaltı dərin qırışlara və tünd halqalara səbəb ola bilir.

Ancaq nəticələri görməyiniz üçün ən az bir ay ərzində bu şəfalı məhlulu tətbiq etməyiniz zəruridir.

Məhlulun alınması üçün yalnız zeytun yağı və təbii limon suyuna ehtiyacınız var.

Bu şəfalı məhlul həzm sisteminizi gücləndirir, beləliklə qaraciyərə və dəriyə toksinlərdən təmizlənməyə yardımçı olur.

Tək etməyiniz lazım olan şey hər səhər bir yemək qaşığı zeytun yağı ilə yarım limonun suyunu qarışdırıb içməkdir.

Bu şəfalı məhlulu tətbiq etdikcə sağlamlığınız gündən-günə daha da yaxşılaşacaq, özünüzü daha enerjili hiss edəcəksiniz.

Üstəlik, qaraciyəriniz yüklərindən təmizlənmiş bir şəkildə sağlam bir şəkildə işləməyə davam edəcəkdir.//azad qadın



REKLAM