sehiyye.info

Uşaq doğulanda adına qurban kəsməyin qaydası necədir? - Əqiqə qurbanı

Uşaq doğulanda adına qurban kəsməyin qaydası necədir? - Əqiqə qurbanı
Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir.

Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı olar ki, sümükləri birləşdiyi yerdən kəsib paylara ayırsınlar. Əqiqə ətini həm çiy şəkildə paylamaq, həm də bişirib ən azı 10 nəfəri qonaq etmək olar. Əqiqə ətindən uşağın ata və anasının yeməsi məsləhət deyil. Heyvanın cəmdəyinin ən azı dörddə-bir hissəsi (bir qolu və bir qıçı daxil olmaqla) mamaçaya (doğuşa yardım edən həkimə) hədiyyə etmək müstəhəbdir. Əgər əqiqə qurbanı müstəhəb vaxtında kəsilməsə, sonralar da kəsilə bilər. Hətta uşaqlıqda əqiqəsi kəsilməyən adam özü böyüyəndən sonra öz pulu ilə özü üçün əqiqə heyvan alıb kəsdirə bilər.(milli.az)



REKLAM