sehiyye.info

Qurban ətindən kabab çəkmək olarmı?

Qurban ətindən kabab çəkmək olarmı?
Hal hazırda ölkəmizdə Qurban bayramı qeyd olunur. Artıq bayramla bağlı paytaxtda və bölgələrdə qurbanlıq qoyunların satışı başlayıb.

Lakin hər ötən il qurbanlıqla bağlı bəzi suallar cəmiyyətimizi maraqlandırır. Bir çoxları suallarına cavab tapa bilməsə də, bəziləri ondan-bundan eşitdiyi məlumatlarla Qurban bayramında kəsilən ətləri özünəməxsus şəkildə paylaşdırır. Evə düşən qurban payın necə bişirilməsi, “qurbanlıq ətdən kabab çəkmək olarmı?” kimi suallar isə insanlar arasında hər zaman şübhə doğurub.

“Din.az”ın məlumatına görə, “a24.az” saytı mövzu ilə bağlı ilahiyyatçı Elşad Mirinin fikirlərini öyrənib. Elşad Miri kəsilən qurbanlıq ətindən kabab çəkməkdə bir qəbahətin olmadığını deyib.

İlahiyyatçı, “isti havalarda qurban ətini çiy şəkildə verə bilməyənlər, onu bişirib süfrə arxasında bir qrup insanlarla paylaşa bilərmi?” sualını isə belə cavablandırdı:

“Bu, qurbanı kəsib ancaq özünə istifadə kimi nəzərdə tutulur. Əslində bu, qurbanın mahiyyətinə doğru deyil. Çünki Qurban özü yaxınlaşmaqdır, Allaha yaxınlaşmaqdır. Qurban vasitəsi ilə insanlarla ünsiyyət qurmaqdır. Amma yenə də öz payına düşən hissədən bişirib süfrə arxasında paylaşmaq olar, heç bir problem yoxdur. Lakin paylamaq daha yaxşıdır. Paylayıb, öz payına düşənlə də yenə də başqalarını da dəvət edib süfrə arxasında paylaşmaq, bu da mümkündür”.(Din.az)



REKLAM