sehiyye.info

Beyləqanda evi tərk edən koronavirus xəstələri saxlandı - FOTO

Beyləqanda evi tərk edən koronavirus xəstələri saxlandı - FOTO
Beyləqanda yaşadığı ünvanı tərk edən “COVID-19” xəstələri müəyyən edilib.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən iki nəfərin - rayon sakinləri X.Məmmədov və İ.Zeynallının karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilib.

Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısı alınıb və yenidən yaşadıqları ünvana gətiriliblər. Onlarla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.

Beyləqan RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Beyləqanda evi tərk edən koronavirus xəstələri saxlandı - FOTO
Beyləqanda evi tərk edən koronavirus xəstələri saxlandı - FOTO



REKLAM