14 aydan sonra batmış səsini çıxara bildi.
Səhiyyə.info Türkiyə mətbuatına istinadla bildirir ki,Türkiyənin İzmir şəhərində Xəstəlikdən şikayətləndiyi xəstəxanada ağciyər xərçəngi səbəbiylə səs tellərinin zədələndiyini öyrənən Mustafa Atacan, xərçəng müalicəsinin ardından fərqli bir əməliyat tətbiqi ilə yenidən danışmağa başladı.
2018-ci ilin əvvəlində, 68 yaşındakı iki uşaq atası olan təqaüdçü Atacan, Buca Seyfi Demirsoy Dövlət Xəstəxanasına gedərək,səsinin batdığını və danışa biımədiyini qeyd etmişdir.Ona yazılan dərmanıları istifadə etməsinə baxmayaraq səsini bərpa edə bilməyən və getdikcə yaşamaq həvəsini itirən Atacan, İzmir Katip Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasına müraciət edir. Atacanın ağciyər xərçəngi və bu səbəbdən sol səs tellərinin paraliç olduğu qeyd edilir.
Qulaq Burun Boğaz Mütəxəssisi Opr. Dr. İlter Denizoğlu, ayağının əzələ zərbəsini kiçik parçalara mücadilə etmiş və onu 14 ay sonra səsini yenidən çıxmasına nail olmuşdur.Həkimin sözlərinə göə,Atacan uzun müddət danışa bilmədiyi üçün psixologiyası pisləşmiş və yenidən danışmağa ümidini itirmişdi.
Əməliyyatdan həmən sonra səsini çıxarmağa başlayan xəstə,dərhal yaxınlarına zəng edərək telefonla danışmağa başlamışdır.Atacan danışınca çox xoşbəxt olduğunu və yenidən həata qayıtdığını söyləmişdir.