sehiyye.info

Rəşad Mahmudov koronavirusla bağlı xalqa çağırış etdi

Rəşad Mahmudov koronavirusla bağlı xalqa çağırış etdi
Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq Azərbaycan xalqı bu gün sadəcə sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi əsgəri üçün, vətəni üçün, ordusu üçün COVID-19-a hamılıqla yox deməlidir!

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib. Koronavirusa kəskin yoluxma sayının artdığını deyən millət vəkili xalqa müraciət ünvanlayıb. O, müraciətində əhalini profilaktik tədbirlərə daha ciddi yanaşmağa dəvət edib:
Rəşad Mahmudov koronavirusla bağlı xalqa çağırış etdi
“Bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq. Gəlin səhiyyə işçilərimizi, həkimlərimizi COVID-19 mübarizəsiylə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü ruhunu öz əsgərinə, öz ordusuna, öz haqlı davası uğrunda mübarizədə zədələnmiş, xəsarət görmüş insanların sağlamlığına həsr edək! Gəlin Ali Baş Komandan və hökumət üzvlərinin diqqətini səngərdən və haqlı davamızdan başqa heç bir yerə ayırmayaq!”



REKLAM