Türkiyədə koronaya yoluxanların sayı 327 mini keçdi

Türkiyədə gün ərzində daha 55 nəfər koronavirusdan dünyasını dəyişib.
Sehiyye.info xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da qardaş ölkədə koronadan ölənlərin ümumi sayı 8 min 553 nəfərə çatıb.
Qeyd edək ki, Türkiyədə indiyədək 327 min 557 nəfər koronavirusa yoluxub.