sehiyye.info

Braziliyada koronadan ölüm pik həddə çatıb.

Braziliyada koronadan ölüm pik həddə çatıb.
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 10 284 nəfər yoluxub.

Sehiyye.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 3 180 758 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 265 nəfər vəfat edib, ölənlərin ümumi sayı 104 528 nəfər təşkil edir.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanlardan 2 309 477 nəfər sağalıb.

Braziliya dünyada koronavirusa yoluxma hallarının sayına görə yalnız ABŞ-dan geri qalır.



REKLAM