sehiyye.info

Rəhbər vəzifənin beyni zədələdiyi aşkar edildi...-İSRAİL MEDİASI

Rəhbər vəzifənin beyni zədələdiyi aşkar edildi...-İSRAİL MEDİASI
Sağlam düşüncə qabiliyyətini qorumaq üçün vəzifəli şəxs özünü hərdən süni şəkildə çətinliyə salmalı, nəyinsə çatışmazlığı şəraitini yaratmalıdır...


İdarəetmə vəzifəsindəki hər hansı bir işin özünəməxsus beyin zədələnməsinə səbəb olduğu ortaya çıxıb.

Sehiyye.infonun İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, rəhbər vəzifədə çalışan zaman qısa müddətdə beyində neyron əlaqələri dəyişir və insan fərqli düşünməyə başlayır. O, başqalarının halına yanmaq qabiliyyətini itirir və onun aqressiv xüsusiyyətləri daha da güclənir...

Təcrübələrdə müxtəlif fəaliyyət sahələrindən üç mindən çox insan iştirak edib. Könüllülər həm də fərqli şəhərlərdən olub, fərqli dinləri təmsil edib və qazanc baxımından da müxtəlif iş və peşələrdə çalışıb. Bütün bunlar alimlərin nəticələri mümkün qədər dəqiqləşdirməyə imkan verib.

Müəyyən edilib ki, digər insanlar üzərində müvəqqəti bir hakimiyyət belə, xarakteri dəyişdirə bilər. Buna görə də elm adamları “pul insanları dəyişdirir” ifadəsinin doğru olduğuna inanıblar. Bu, gerçəkdən də belədir...

Hansısa şirkətlərin baş direktorları, menecerlər, müəllimlər və s. belə nəticələrə ürcah ola bilərlər.

“McMaster” Universitetinin mütəxəssisləri könüllülərin beynini skan etdikdən sonra onlarda plastiklik və digər insanları "əks etdirmə" qabiliyyətinin ciddi şəkildə pozulduğunu aşkar ediblər.

Sağlam düşüncə və mövcud durumu düzgün qiymətləndirmə qabiliyyətini qorumaq üçün insan özünü hərdən süni şəkildə çətinliyə salmalı, nəyinsə çatışmazlığı şəraitini yaratmalıdır. Məsələn, vəzifəli şəxs avtomobildən müvəqqəti imtina etməli, başqalarından asılı olduğunu duymalı və gündəlik həyatın narahatlıqlarına dözməlidir..//Moderator.az



REKLAM