sehiyye.info

Ən emosional heyvanın beyinə təsiri.

Ən emosional heyvanın beyinə təsiri.
Türklərin yunus, bizim isə delfin adlandırdığımız canlılar barədə nə bilirsiniz? Çox sevimli və şirin olan delfinlər əslində insan dilindən anlayırlar.
Sehiyye.info xəbər verir ki,delfinlərin maraqlı strukturları var.Delfin beyni insan beynindən böyükdür.Alimlərin dediyinə görə onların beyni əqli zəif olanlara ultrasəs siqnallar ötürərək müalicə edə bilirlər.
Delfinlər heç bir zaman tək yaşaya bilməzlər. Onların mürəkkəb sosial strukturları var.
Delfinlər ən emosional heyvanlar sırasındadır. Onların hətta yumor hissləri də var.
32 dəniz, 4 çay delfini növü mövcuddur.
Qədim Yunanıstanda delfinləri öldürmək ən böyük günahlardan biri hesab olunurdu. Yunanlar delfini "Müqəddəs balıq" adlandırırdılar.
Qədim Romalıların delfinlərin ruhaları cənnətə ötürdüklərinə dair inamları vardı. Roma mumyalarının birinin əlində delfin şəkli tapılmışdır.
Dənizdən çox çox uzaqda yerləşən İordaniyanın Petra şəhərində delfinlərin müxtəlif rəsimlərinə rast gəlinib.
Delfinlər dişlərindən yalnız ovu tutmaq üçün istifadə edirlər. Çeynəmək üçün deyil. Onların çeynəmək üçün lazım olan çənə əzələləri yoxdur.
Ən əsası isə delfinlərin beyni müxtəlif xəstəliklərin müalicəsində rol oynaya bilir.Belə ki,İsveçrə alimləri beyin problemləri olan uşaqlar,eləcə də autistlərin müalicəsində delfinlərlə təmasın müsbət nəticə verdiklərini sübut ediblər.
Ən emosional heyvanın beyinə təsiri.



REKLAM