sehiyye.info

Ana südü ilə koronavirusu müalicə etmək mümkün olacaq - Şok araşdırma

Ana südü ilə koronavirusu müalicə etmək mümkün olacaq - Şok araşdırma
Hollandiyalı alimlər COVID-19-a qalib gələn 30 ananın südündə xəstəliyin tamamilə qarşısını ala bilən antikorlar olduğunu açıqlayıblar. Mütəxəsislər ana südü olan ətirli buz kublarından ikinci dalğa zamanı immunitet sistemini formalaşdırması üçün risk qrupundakı xəstələrdə istifadə edilməsini tövsiyə edirlər.

Sehiyye.info xəbər verir ki, tədqiqatçılar ana südünün tərkibindəki antikorların ağız və tənəffüs yollarının selikli qişasına yapışaraq koronavirusun bədənə yayılmasının qarşısını aldığını bildiriblər.

Alimlər böyüklər üçün ana südündən istifadənin bəzi mədəniyyətlərdə qəribə hesab edilsə də, ölümcül infeksiyanın qarşısını ala bilərsə, bunun normal oluğunu açıqlayıblar. Aparılan araşdırmalardan sonra minlərlə qadın əlavə tədqiqatlar üçün 100 ml ana südü bağışlayıb.

Amsterdamdakı Akademik Tibb Mərkəzinin ana südü bankının həkimi Britt Van Keulen bildirib ki, ana südü yeni doğulan körpələri tənəffüs yolu ilə yayılan yoluxucu xəstəliklərdən qoruyur: “Çünki ana südü antikorları ehtiva edir. Buna görə süd verərkən ana öz antikorlarını uşağına ötürür”.

Ana südündəki antikorları pasterizasiya yolu ilə məhv etmək mümkün deyil. Bu o deməkdir ki, ana südü qızdırılıb sonra dondurulub saxlanılırsa, içindəki antikorları itirmədən başqalarına çata bilər.//Teleqraf



REKLAM