sehiyye.info

Ana südü KORONAVİRUSDAN qoruyur? - ARAŞDIRMA

Ana südü KORONAVİRUSDAN qoruyur? - ARAŞDIRMA
Koronavirus keçirmiş anaların südündə xəstəliyin antikorları tapılıb.

Sehiyye.info bu barədə Pekin Biotexnologiya İnstitutunun alimlərinin apardığı araşdırmaya və Kaliforniya Mersed Universitetinin mütəxəssislər qrupunun Sinay İkan Tibb Məktəbi ilə birgə həyata keçirdikləri tədqiqata istinadən məlumat verir.

Mütəxəssislərin fikrincə, uşaqlarını ana südü ilə bəsləyən anaların südü xüsusi antikorları ehtiva edir. Elm adamları körpələri koronavirusdan qoruyan məhz bu antikorların olduğuna inanır. Mütəxəssislər həmçinin nəzəriyyədə ana südünün COVID-19-un müalicəsində istifadə edilə biləcəyini də qeyd edir, lakin bunun qarşısını alan amillər var. Onların fikrincə, belə bir vasitənin dəyəri əsassız olaraq yüksək olacaq. Eyni zamanda, süd, əksinə, virus ehtiva edə bilər.

Xatırladaq ki, London Kral Kollecinin alimləri bildirmişdilər ki, xəstəliyi olan insanlarda koronavirusa qarşı immunitet cəmi üç ay ərzində kəskin şəkildə azalır. Mütəxəssislərin fikrincə, virusa antikorların ən yüksək miqdarı ilk simptomların başlanmasından üç həftə sonra xəstələrdə qeydə alınır. Alimlər qeyd edir ki, 60 faiz koronavirusa qarşı çox yüksək immunitet səviyyəsinə malikdir. Ancaq üç aydan sonra xəstələrin yalnız 17 faizi infeksiyaya qarşı güclü immuniteti saxlayır.//Publika.az



REKLAM